Qətərin təhlükəsizliyini bundan sonra ABŞ qoruyacaq – Tramp fərman imzaladı

Qətərin təhlükəsizliyini bundan sonra ABŞ qoruyacaq – Tramp fərman imzaladı

Hazırda oxunan: Qətərin təhlükəsizliyini bundan sonra ABŞ qoruyacaq – Tramp fərman imzaladı

273524

ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb. Bundan sonra Qətər dövlətinə edilən hər hansı hücum ABŞ-ın təhlükəsizliyinə təhdid hesab olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Fərmanda deyilir ki, xarici təcavüzdən qaynaqlanan davamlı təhlükələr fonunda ABŞ-ın siyasəti ondan ibarətdir ki, Qətər dövlətinin təhlükəsizliyi və ərazi bütövlüyü xarici hücumlardan qorunmalıdır:

“ABŞ Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna qarşı istənilən silahlı hücumu özünün sülhünə və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcək.

Belə hücum baş verəcəyi halda, ABŞ maraqlarını və Qətər dövlətini qorumaq, habelə sülh və sabitliyi bərpa etmək üçün diplomatik, iqtisadi və zəruri hallarda hərbi tədbirlər də daxil olmaqla bütün qanuni və müvafiq addımları atacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO