Nyu-Yorkda 2 təyyarə toqquşdu: Xəsarət alan var - VİDEO

Nyu-Yorkda 2 təyyarə toqquşdu: Xəsarət alan var - VİDEO

Hazırda oxunan: Nyu-Yorkda 2 təyyarə toqquşdu: Xəsarət alan var - VİDEO

273513

Nyu-Yorkun LaQuardia hava limanında çərşənbə günü axşam iki Delta Air Lines təyyarəsi toqquşub. Hadisə nəticəsində ən azı bir nəfərin xəsarət aldığı bildirilir.

Bizim.Media xəbər verir ki, CBS-in hadisə yerində olan müxbirinin məlumatına görə, təyyarələrdən biri LaQuardia-da qapıya doğru hərəkət edərkən digər Delta regional reysi ilə toqquşub.

Hadisədən sonra çəkilən videoda toqquşmadan sonrakı anlar əks olunub. ABC News-un məlumatına əsasən, Delta regional təyyarəsi qapıya yaxınlaşarkən digər təyyarə də enişdən sonra həmin istiqamətə gəlirdi. Yerli vaxtla saat 21:56-da regional təyyarə digər təyyarənin burun hissəsinə qanadla çırpılıb və nəticədə onun qanadı qopub. Hər iki təyyarə aşağı sürətlə hərəkət edirmiş.

İlkin məlumata görə, hadisəyə Delta reysləri DL5047 və DL5155 cəlb olunub.

Qeyd edək ki, LaQuardia hava limanı Nyu-Yorkda Kennedi Beynəlxalq Hava Limanından sonra ikinci ən işlək hava limanıdır və əsasən daxili uçuşlara xidmət göstərir.


 

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO