Mask dünyanın ilk 500 milyard dollar sərvətə sahib MİLYONÇUSU OLDU

Mask dünyanın ilk 500 milyard dollar sərvətə sahib MİLYONÇUSU OLDU

Hazırda oxunan: Mask dünyanın ilk 500 milyard dollar sərvətə sahib MİLYONÇUSU OLDU

273485

Amerikalı milyonçu İlon Mask tarixi olaraq 500 milyard dollar sərvətə sahib ilk insan olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

“Real-Time Billionaires” reytinqinə görə, Maskın sərvəti “Tesla” səhmlərinin təxminən 4% artmasından sonra yarım trilyon dolları keçib.

Bu, onu planetin ən varlı şəxsləri siyahısında liderliyini möhkəmləndirib. Milyonçunun sərvəti ən yaxın rəqibi Lerri Ellisondan 150 milyard dollar daha çoxdur.

“Tesla” və “SpaceX”in təsisçisi indi birinci trilyoner statusuna gedən yolda yarı yoldadır. Maskın sərvətinə yalnız “Tesla”nın qiymətinin artması deyil, həm də “SpaceX”in 400 milyard dollarlıq dəyərləndirilməsi və onun süni intellekt şirkəti ilə X sosial şəbəkəsini birləşdirən xAI Holdings-də payı təsir edib.

Ekspertlər bildirir ki, hazırkı artım tempi ilə Mask 2033-cü ilə qədər 1 trilyon dollar sərvət həddinə çata bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO