Rusiya Quterreşdən qurtulmaq istəyir - Seçkilər planlaşdırır

Rusiya Quterreşdən qurtulmaq istəyir - Seçkilər planlaşdırır

Hazırda oxunan: Rusiya Quterreşdən qurtulmaq istəyir - Seçkilər planlaşdırır

273474

Rusiya oktyabr ayında öz sədrlik dövründə yeni BMT baş katibinin seçilməsi prosesini başlatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya, BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın mənzil-qərargahında jurnalistlər üçün keçirilən mətbuat konfransında fəaliyyət proqramını təqdim edərkən bildirib.

O həmçinin qeyd edib ki, BMT-nin Rusiyaya qarşı sanksiyaları mümkün deyil.

“Ukraynaya “Tomahawk” raketlərinin verilməsi döyüş meydanındakı vəziyyəti dəyişməzdi, Rusiya buna cavab tapardı. ABŞ-nin yeni sanksiyaları tətbiq olunarsa, Rusiya bunun öhdəsindən gələcək”, - Nebenzya deyib.

Qeyd edək ki, hazırda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO