Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım ayırdı

Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım ayırdı

Hazırda oxunan: Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım ayırdı

273428

Avropa Komissiyası (AK) çərşənbə günü G7 təşəbbüsü çərçivəsində Ukraynaya verdiyi xüsusi makroiqtisadi yardım kreditinin doqquzuncu tranşı olaraq 4 milyard avro ayırdığını elan edib.

Bizim.Media Interfax-a istinadən xəbər verir ki, Komissiyanın məlumatına görə, ümumi dəstək məbləği təxminən 178 milyard avroya yaxınlaşıb.
 

Makroiqtisadi yardımın ümumi həcmi 18,1 milyard avrodur və bu, G7 təşəbbüsünə daxil olan Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi təmin etmək məqsədilə ayırdığı təxminən 45 milyard avroluq ümumi kreditin bir hissəsidir.


Sənəddə qeyd olunur ki, bu ödənişlə 2025-ci ilin əvvəlindən etibarən Avropa Komissiyasının Ukraynaya çoxşaxəli maliyyə yardım razılaşması çərçivəsində verdiyi dəstəyin ümumi həcmi 14 milyard avroya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO