Ərdoğan: “Suriyada “deja vu” vəziyyətinin təkrarlanmasına imkan verməyəcəyik”

Ərdoğan: “Suriyada “deja vu” vəziyyətinin təkrarlanmasına imkan verməyəcəyik”

Hazırda oxunan: Ərdoğan: “Suriyada “deja vu” vəziyyətinin təkrarlanmasına imkan verməyəcəyik”

273425

Türkiyə Suriyada destabilizasiya, ölkənin birliyinin pozulması və orada terror təşkilatlarının yaranmasına imkan verməyəcək.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

“Türkiyə Suriyada "deja vu" vəziyyətinin təkrarlanmasına imkan verməyəcək”, – deyə o bildirib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyanın bölünməsi ilə bağlı hər hansı bəyanata qətiyyətlə qarşı çıxır:
 

“Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərimizdən kənarda hər hansı terror təşkilatının formalaşmasının qarşısının alınması bizim prioritetlərimizdir”.


“Bu məqsədlərə çatmaq üçün bütün diplomatik kanallardan istifadə etmişik. Əgər diplomatik təşəbbüslərə cavab verilməzsə, Türkiyənin mövqeyi və fəaliyyəti bəllidir”, – deyə Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO