Rusiyalı yazıçıya 7 il həbs cəzası verildi

Rusiyalı yazıçıya 7 il həbs cəzası verildi

Hazırda oxunan: Rusiyalı yazıçıya 7 il həbs cəzası verildi

273397

Moskvanın Çeryomuşkinski rayon məhkəməsi rusiyalı yazıçı Dmitri Bikovu hərbi “feyklərin” yayılması və “xarici agent” kimi öhdəliklərin yerinə yetirilməməsi işi üzrə qiyabi olaraq yeddi il müddətinə koloniyada cəza çəkməyə məhkum edib.

Bizim.Media xəbər verir ki, yazıçıya qarşı “Rusiya ordusu haqqında feyklər” işi 2023-cü ilin oktyabrında verdiyi bir müsahibəyə görə açılıb.

Həmin müsahibədə o, Xarkov vilayətinin Qroza kəndinə endirilən hücumları şərh etmişdi.
 

Hücum nəticəsində 59 nəfər həlak olmuşdu. Müsahibənin yoxlanılması ilə bağlı baş prokurora müraciəti deputat, Kommunist Partiyasının üzvü Yelena Çekan göndərmişdi.


Dmitri Bikov avqustun 8-də qiyabi olaraq həbs edilib. Məhkəmə iclasında istintaq tərəfi yazıçının “uzun müddət ölkənin daxili və xarici siyasəti ilə razı olmadığını” bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO