Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna onu məhv etmək istəyənlərin hamısından sağ çıxıb və bu, o deməkdir ki, Rusiyaya qarşı da tab gətirəcək.
Onun sözlərinə görə, Ukraynanı xəritədən silməyə çalışan hər bir imperiya sonda dağılıb, Ukraynanın özü isə “yenidən dirçəlmişdir”.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Ukraynanı ram etmək cəhdlərinin hər biri yalnız onun yenidən dirçəlməsi ilə nəticələnib. Ukraynanı və ukraynalıları silmək istəklərinin hamısı düşmən imperiyalarının dağılması ilə bitib. Ukrayna dünyadan xalqımızı yox etmək istəyənlərin birini deyil, hamısını geridə qoyub. Ukrayna indi də bu Rusiyaya qarşı mütləq dayana biləcək. Buna heç bir şübhə yoxdur”, – deyə o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:30 / 01.10.2025
Zelenski: “Ukraynanı məhv etmək istəyən bütün imperiyalar dağılıb"
Hazırda oxunan: Zelenski: “Ukraynanı məhv etmək istəyən bütün imperiyalar dağılıb"
Hazırda oxunan: Zelenski: “Ukraynanı məhv etmək istəyən bütün imperiyalar dağılıb"
273371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.