Orbandan XƏBƏRDARLIQ: “Macarıstan Rusiya dronlarını vuracaq”

Orbandan XƏBƏRDARLIQ: “Macarıstan Rusiya dronlarını vuracaq”

Hazırda oxunan: Orbandan XƏBƏRDARLIQ: “Macarıstan Rusiya dronlarını vuracaq”

273369

Macarıstan öz hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vuracaq.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Döyüşçülərin saatı” adlı podkastda bəyan edib.
 

Aparıcının sualına cavab verərkən (dronların rus mənşəli olduğu nəzərdə tutulurdu), Orban qeyd edib ki, Macarıstan qorxu hissi keçirmir və onları vuracaq.


Bundan əlavə, siyasətçi Avropa İttifaqının hər baxımdan Rusiyanı üstələdiyini vurğulayıb.

“Avropa bütün ölçülərdə daha güclüdür, Rusiya isə həm hərbi, həm iqtisadi, həm də sayca daha zəifdir. O, bizə zərər verə bilməz. Biz güclü bir birlik kimi davranmalıyıq”, – Orban bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO