Kuleba: “Ukrayna müharibəsi “Azərbaycan ssenarisi” ilə başa çata bilər”

Kuleba: “Ukrayna müharibəsi “Azərbaycan ssenarisi” ilə başa çata bilər”

Hazırda oxunan: Kuleba: “Ukrayna müharibəsi “Azərbaycan ssenarisi” ilə başa çata bilər”

273368

Ukraynada müharibənin iki mümkün inkişaf ssenarisi var – “Finlandiya” və ya “Azərbaycan–Ermənistan”.

Bizim.Media xəbər verir ki, bunu ölkənin sabiq xarici işlər naziri Dmitri Kuleba “Obozrevatel”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, birinci ssenarini “şərti olaraq finski” adlandırmaq olar.

Bu, ölkənin münaqişədə məğlubiyyətdən sonra mövcud sərhədləri qəbul etməsini nəzərdə tutur. Sabiq nazir xatırladıb ki, belə hal Finlandiyanın SSRİ ilə qarşıdurmasından sonra baş verib, amma o, Ukrayna üçün belə nəticəni qəbul etmədiyini bildirib.
 

“İkinci inkişaf ssenarisi isə odur ki, biz şərti olaraq Azərbaycan–Ermənistan alqoritmi ilə hərəkət edəcəyik: həmin ərazilərin hərbi yolla azad olunmasına və ya diplomatik yolla qaytarılmasına hazırlaşacağıq. Onilliyi bu məqsədə sərf edəcəyik və həmin torpaqları qaytara biləcəyimiz anı gözləyəcəyik”, – Kuleba vurğulayıb.


O həmçinin qeyd edib ki, Ukrayna “göründüyündən qat-qat güclüdür” və “mümkünsüz görünəni” belə əldə edə biləcəyini sübut etmək gücündədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO