NATO-nun təklifi ilə Ukraynanın qərb hissəsi üzərində rus dronlarını və raketlərini vurmaq üçün hava hücumundan müdafiə zonası yaradılacaq. Gələcəkdə bu zona Kiyev ətrafına qədər genişləndiriləcək.
Bizim.Media xəbər verir ki, məlumatı “The Telegraph” naməlum qərb siyasətçiləri və hərbi şəxslərinə istinadla yayıb.
Qeyd olunur ki, əməliyyat Rusiya hərbçilərinə qarşı hücumları nəzərdə tutmur, çünki Ukraynaya hücumlar Rusiya ərazisinin dərinliyindən edilir.
Amma bu addım onu göstərir ki, Avropa riskləri üzərinə götürəcək və Ukraynaya real dəstək verəcək.
Bizim.Media