İndoneziyada məktəb binası çökdü: 1 ölü, 102 yaralı var - VİDEO

İndoneziyada məktəb binası çökdü: 1 ölü, 102 yaralı var - VİDEO

Hazırda oxunan: İndoneziyada məktəb binası çökdü: 1 ölü, 102 yaralı var - VİDEO

273115

İndoneziyanın Şərqi Cava əyalətində təmir işləri aparılan bir məktəb binasının çökməsi nəticəsində 1 şagird həyatını itirib, 102 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” nəşri yazıb.

Dağıntılar altında hələ də çox sayda şagird qalır və xilasetmə işləri davam edir.

Polis və xilasedici qrupların açıqlamasına görə, hadisə Şərqi Cavanın Sidoarco qəsəbəsində baş verib.

Dağıntılar altında əksəriyyəti 12–17 yaş arası olmaqla, ən azı 65 şagird qalıb. Binanın yenidən çökmə riski isə xilasetmə işlərini çətinləşdirir.

Xilasetmə əməliyyatına rəhbərlik edən Nanang Siqit bildirib ki, yüzlərlə xilasedici işə cəlb olunub, dağıntılar altında qalanlara su və oksigen verilib. O, dağıntılar arasında bir neçə meyit görüldüyünü, lakin əsas diqqətin hələ sağ olanların xilasına yönəldiyini qeyd edib.

Hadisə ilə bağlı təmir işlərinin "icazəsiz" aparıldığı iddia olunur və faktla bağlı istintaq başladılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO