ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik Qəzza planını İsrail baş naziri Netanyahunun qəbul etməsinə baxmayaraq, HƏMAS razılaşmanı rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” nəşri yazıb.
Hərəkatın rəhbərlərindən Mahmud Mərdavi bəyan edib ki, plan qeyri-müəyyəndir, zəmanəti yoxdur və Fələstin dövlətinin tanınması istiqamətindəki prosesi dayandırmaq məqsədi daşıyır.
HƏMAS bildirir ki, fələstinlilərin öz müqəddəratını təyin etmə haqqını tanımayan, xalqı qətliamlardan qoruma mexanizmi olmayan heç bir təşəbbüs qəbul edilməyəcək. Təşkilat sənədi digər fələstinli qruplarla birgə müzakirə edəcəyini açıqlayıb.
Xatırladaq ki, plan əsirlərin dəyişdirilməsi, humanitar yardım, Qəzzanın yenidən qurulması, beynəlxalq nəzarətli idarəçilik və “Barış Şurası”nın yaradılmasını nəzərdə tutur.
HƏMAS isə əsas şərt kimi azadlıq və müstəqillik mübarizəsini davam etdirəcəyini vurğulayır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:02 / 30.09.2025
HƏMAS-dan Trampın Qəzza planına etiraz
Hazırda oxunan: HƏMAS-dan Trampın Qəzza planına etiraz
Hazırda oxunan: HƏMAS-dan Trampın Qəzza planına etiraz
273111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.