ABŞ, İsrail və Qətər üçtərəfli mexanizm yaratmaq barədə RAZILIĞA GƏLDİLƏR

ABŞ, İsrail və Qətər üçtərəfli mexanizm yaratmaq barədə RAZILIĞA GƏLDİLƏR

Hazırda oxunan: ABŞ, İsrail və Qətər üçtərəfli mexanizm yaratmaq barədə RAZILIĞA GƏLDİLƏR

273063

ABŞ, İsrail və Qətər Dohada HƏMAS-a qarşı hücumlardan sonra yaranmış fikir ayrılıqlarını həll etmək üçün üçtərəfli mexanizm yaratmaq barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahunun görüşünün yekunlarına dair bəyanatında qeyd edilib.

Qeyd edilib ki, Tramp və Netanyahu Qətərin baş naziri ilə telefon danışığı aparıblar. Söhbət zamanı İsrailin baş naziri Qətərdə HƏMAS hədəflərinə endirilən raket zərbəsi nəticəsində təsadüfən bir qətərli hərbçinin həlak olmasına görə dərin təəssüfünü ifadə edib.

Netanyahu bildirib ki, İsrail Qətərin suverenliyini pozduğuna görə təəssüflənir və gələcəkdə bu cür hücumların olmayacağına dair söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO