Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa ölkələrində tez-tez səsləndirilən "Rusiya ilə yaxın illərdə müharibə təhlükəsi" barədə fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, o, özünün Telegram kanalında bu barədə yazıb.
Medvedev bildirib ki, belə bir qarşıdurma nə Rusiya, nə də Avropa üçün faydalı deyil.
Medvedev qeyd edib ki, Rusiya prinsipcə heç bir dövlətlə, o cümlədən Avropa ilə müharibəyə ehtiyac duymur:
“Avropanın iqtisadiyyatı ABŞ-dan asılı vəziyyətdədir, mədəniyyəti isə tənəzzül mərhələsindədir. Rusiyanın əsas vəzifəsi öz ərazilərinin inkişafı və yenidən bərpasıdır. Tarixən Rusiya Avropaya yalnız azadlıq gətirmək üçün daxil olub, heç vaxt işğalçı kimi çıxış etməyib”.
Onun sözlərinə görə, Avropa ölkələrinin özlərinin də Rusiya ilə müharibə aparmaq imkanı yoxdur:
“Avropa dövlətləri parçalanmış və iqtisadi cəhətdən zəifdir. Onların liderləri strateji düşüncədən məhrumdur və böyük məsuliyyət daşımaq iqtidarında deyillər. Avropa cəmiyyətləri isə inert və müharibəyə hazır olmayan vəziyyətdədir”.
Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini istisna etməyib ki, gözlənilməz hadisələr və “radikal siyasətçilərin məsuliyyətsiz addımları” münaqişə riskini artıra bilər. O, belə ssenaridə nüvə silahından istifadə ehtimalının da nəzərə alınmalı olduğunu vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:33 / 29.09.2025
Avropa ilə müharibə təhlükəsinə Medvedevdən REAKSİYA – “Biz həmişə onlara azadlıq gətirmişik”
Hazırda oxunan: Avropa ilə müharibə təhlükəsinə Medvedevdən REAKSİYA – “Biz həmişə onlara azadlıq gətirmişik”
Hazırda oxunan: Avropa ilə müharibə təhlükəsinə Medvedevdən REAKSİYA – “Biz həmişə onlara azadlıq gətirmişik”
272955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.