Qəzza zolağında vəziyyətin həlli ilə bağlı danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios" portalına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, aparılan məsləhətləşmələr hazırda son mərhələdədir və bu, Yaxın Şərqdə daha genişmiqyaslı razılaşma əldə etməyə imkan yarada bilər.
"Sevindirici haldır ki, ərəb ölkələri bu məsələdə bizimlə əməkdaşlıq edir. HƏMAS da onlarla birgədir. O, ərəb dünyasına böyük hörmətlə yanaşır", – Tramp qeyd edib.
"Əgər buna nail olsaq, bu, İsrail və bütün Yaxın Şərq üçün böyük gün olacaq. Bu, Yaxın Şərqdə həqiqi sülh əldə etmək üçün ilk imkan olacaq. Amma əvvəlcə buna nail olmalıyıq", – Tramp Qəzzadakı vəziyyətin həlli barədə danışarkən bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
04:36 / 29.09.2025
“Qəzza ilə bağlı danışıqlar yekunlaşır? - Tramp açıqladı
Hazırda oxunan: “Qəzza ilə bağlı danışıqlar yekunlaşır? - Tramp açıqladı
Hazırda oxunan: “Qəzza ilə bağlı danışıqlar yekunlaşır? - Tramp açıqladı
272882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.