Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

Hazırda oxunan: Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

272839

Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb ki, Fransadan olan 2400 hərbiçi 30 sentyabra qədər ölkəyə göndəriləcək. Onlar NATO-nun “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimlərində iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunur ki, fransız kontingenti, Çinku bölgəsində yerləşən NATO döyüş qrupuna əlavə olaraq, bu gündən etibarən Djurdju və Vama-Veke sərhəd-keçid məntəqələrindən Rumıniyaya daxil olur.

Təlimlər 20 oktyabr – 13 noyabr tarixlərində Çinku, Smırdan, Kapu-Midiya, Babadaq, Boqate, Alba-Yuliya, Hanu-Konaki, Cermate və Kırçișoara poliqonlarında keçiriləcək.

Ümumilikdə, təlimlərə 5 min hərbçi və 1200 hərbi texnika cəlb olunacaq. Qoşunlar Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransanı təmsil edəcək. Təlimlər Rumıniya ilə yanaşı, Bolqarıstan ərazisində də aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO