Filippində təyyarə qəzasında ölənlərin sayı 29-a çatdı - 50 yaralı var - YENİLƏNİB

Filippində təyyarə qəzasında ölənlərin sayı 29-a çatdı - 50 yaralı var - YENİLƏNİB

Hazırda oxunan: Filippində təyyarə qəzasında ölənlərin sayı 29-a çatdı - 50 yaralı var - YENİLƏNİB

27273

Filippinin xilasediciləri ölkənin Hərbi Hava Qüvvələrinin Xolo adasında hərbi təyyarənin qəzaya uğradığı yerdə 29 nəfərin meyitini tapıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Reuters" agentliyi hərbçilərə istinadən yayıb.

Mənbə 17 nəfərin itkin düşdüyünü yazıb.

Qəzada yaralananların sayı 50 nəfəri ötüb.

Xatırladaq ki, hadisə təyyarə Xolo adasına eniş edərkən baş verib.

***

Filippində hərbi təyyarə qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AFR agentliyi yayıb. 

Mənbə təyyarədə 85 nəfərin olduğunu yazıb.

General Sirilito Sobehana jurnalistlərə deyib ki, C-130 təyyarəsinin qalıqları altından 15 nəfər xilas edilib. 

Hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO