Moskvada erməni diasporunun nümayəndələri Paşinyanın kilsə ilə bağlı siyasətinə etiraz olaraq mitinq keçiriblər.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, toplaşanlar əllərində “Nikol – xain”, “Paşinyan – düşmən” sözləri yazılmış plakatlar tutublar.
Xatırladaq ki, Ermənistanının baş naziri Nikol Paşinyan bu gün Moskvaya gedib.
O, bu barədə sosial media hesabında yazıb: "Moskvaya işgüzar səfərim başlayıb".
Məlumata görə, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Paşinyan, həmçinin "Beynəlxalq Atom Həftəsi" konfransında iştirak edəcək.
Bizim.Media