Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Hazırda oxunan: Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

272323

BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən İranla danışıqlar uğursuz olub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin jurnalisti Laurens Norman “X” sosial şəbəkəsində yazıb.

Normanın paylaşımında avropalı bir diplomata istinadən deyilir: “Dünən Nyu-Yorkda (İranla tətik mexanizmi - "snapback" barədə) danışıqlar oldu. Heç bir yeni irəliləyiş və nəticə yoxdur”.

Onun açıqlamasına əsasən, Avropa mənbələri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq sanksiyaların avtomatik şəkildə bərpasını nəzərdə tutan “tətik mexanizmi”nin planlaşdırıldığı kimi davam edəcəyini gözləyirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO