Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Hazırda oxunan: Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

272319

Avstraliyanın Baş naziri Entoni Albaneze BMT Baş Assambleyasında çıxışı zamanı deyib ki, ölkəsi İranın cinayətkar və qorxaq addımlarına cavab olaraq İran səfirini Avstraliyadan çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Independent Farsi” nəşri yazıb.

Albanezenin sözlərinə görə, Avstraliyanın təhlükəsizlik qurumları ötən ay Melburndakı sinaqoqun və Sidneydəki yəhudi restoranının yandırılması hadisələrinin arxasında Tehranın dayandığını müəyyən edib.

“Bu hücumlar qorxu yaratmaq məqsədi daşıyır və İran hakimiyyətinin cinayətkar və qorxaq davranışlarının bir hissəsidir. Biz İslam Respublikasının səfirini Avstraliyadan qovduq. Bu, İkinci Dünya Müharibəsindən sonra ilk belə haldır”, – deyə, nazir bildirib.

Baş nazir, habelə, vurğulayıb ki, BMT tribunasından bir daha dünyaya açıq mesaj verilir: “Antisemitizmə yer yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO