Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Məsud Pezeşkian ilə danışıqlardan sonra "X" sosial media platformasında mesaj yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran Wire” nəşri yazıb.
Makron vurğulayıb ki, İran “heç vaxt nüvə silahı əldə etməməlidir”.
Onun sözlərinə görə, Almaniya və Böyük Britaniya ilə birlikdə "tətik" mexanizmi vasitəsilə sanksiyaların bərpası İranın nüvə öhdəliklərinə əməl etməməsinə cavabdır.
O, İran həbsxanalarında saxlanılan üç Fransa vətəndaşının dərhal azad edilməsini tələb edib: “Fransa heç bir övladını tərk etməyəcək”.
Fransa prezidenti Avropanın üç əsas tələbini qeyd edib: 1. AEBA müfəttişlərinin İrana tam girişi 2. Zənginləşdirilmiş uran ehtiyatlarına dair şəffaflıq 3. Danışıqların dərhal bərpası.
"Razılaşma hələ də mümkündür, lakin İranın cavab vermək üçün cəmi bir neçə saatı var", - Makron bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:20 / 25.09.2025
Makrondan İranla bağlı ŞOK AÇIQLAMA: “Cavab vermək üçün cəmi bir neçə saatı var"
Hazırda oxunan: Makrondan İranla bağlı ŞOK AÇIQLAMA: “Cavab vermək üçün cəmi bir neçə saatı var"
Hazırda oxunan: Makrondan İranla bağlı ŞOK AÇIQLAMA: “Cavab vermək üçün cəmi bir neçə saatı var"
272303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.