Slovakiya Avropa İttifaqına qarşı çıxdı: “Rusiya qazından imtina etmirik”

Slovakiya Avropa İttifaqına qarşı çıxdı: “Rusiya qazından imtina etmirik”

Hazırda oxunan: Slovakiya Avropa İttifaqına qarşı çıxdı: “Rusiya qazından imtina etmirik”

272300

Slovakiya Avropa İttifaqının Rusiya karbohidrogenlərinin idxalından imtina planından çıxarılmasını tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yuray Blanar BMT Baş Assambleyasında Sergey Lavrovla danışıqlardan sonra bildirib. Onun sözlərinə görə, Rusiya artıq çoxdan Aİ sanksiyalarına uyğunlaşıb, lakin Avropanın iqtisadiyyatı daha ciddi zərər görür.

“Əgər Bratislava plana daxil edilərsə, ölkə 10 milyard avrodan çox itki ilə üzləşə bilər və “Qazprom” tərəfindən məhkəməyə verilə bilər — çünki onunla bağlanmış müqavilə 2034-cü ilə qədər qüvvədədir. Slovakiya uzun müddətdir Aİ-nin Rusiya qazından imtina planına qarşı çıxır: əks halda ölkə Almaniya, Avstriya və Çexiya üzərindən yanacaq almağa məcbur olacaq və tranzitə görə artıq ödəniş edəcək”. Blanar xəbərdarlıq edib.

Xatırladaq ki, Aİ-nin bütün bəyanatlarına baxmayaraq, boru kəməri ilə qaz əsasən hələ də Avropaya gedir: idxalın 40%-i ittifaq ölkələrinin (ilk növbədə Macarıstan və Slovakiyanın) payına düşür, 27%-i Çinə, 26%-i isə Türkiyəyə göndərilir.

“Rusiya qazı bizim üçün ən sərfəli variantdır, buna görə də ona üstünlük veririk. Biz tələbatımızı tam ödəyə bilərdik. Bu, gündə təxminən 8 milyon kubmetrdir,” – deyə Slovakiyanın SPP şirkətinin kommersiya direktoru Mixal Lalik Bloomberg-ə müsahibəsində bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO