Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda keçirilən görüşdə Ukrayna böhranına sülh yolu ilə həll axtarışında maraqlı olduqlarını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov Ukrayna mövzusunda Moskvanın, Alyaskada ölkə liderləri tərəfindən müəyyən edilmiş xəttə sadiq qalmağa hazır olduğunu vurğulayıb.
Rusiya XİN başçısı Kiyev və bəzi Avropa ölkələri tərəfindən təklif olunan, münaqişənin uzadılmasına yönəlmiş sxemlərin qəbuledilməz olduğunu vurğulayıb.
Tərəflər, həmçinin, ikitərəfli münasibətləri, o cümlədən ictimai-siyasi təmasların bərpasını da müzakirə ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:38 / 24.09.2025
Lavrov və Rubio görüşündə NƏLƏR müzakirə edildi?
Hazırda oxunan: Lavrov və Rubio görüşündə NƏLƏR müzakirə edildi?
Hazırda oxunan: Lavrov və Rubio görüşündə NƏLƏR müzakirə edildi?
272267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.