Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

Hazırda oxunan: Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

272190

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu hərbi təyyarənin GPS sisteminə Rusiyanın Kalininqrad səmasında uçarkən müdaxilə cəhdi olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.

Nəşr yazır ki, təyyarə naviqasiya üçün hərbi peyklər üzərindən uçduğu üçün pilotların istiqamətini dəyişmək cəhdi uğursuz olub.

İnsident Roblesin Litvanın Şyaulyay aviabazasına uçuşu zamanı baş verib. 

Roblesin burada NATO-nun Rusiyanı çəkindirmək missiyası çərçivəsində litvalı həmkarı ilə görüşü planlaşdırılır.
 

Təyyarədə ispan hərbçilərin yaxınları və jurnalistlər də olub.


Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayeni Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gətirən təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO