BMT binasında Trampı daşıyan eskalator dayandı

BMT binasında Trampı daşıyan eskalator dayandı

Hazırda oxunan: BMT binasında Trampı daşıyan eskalator dayandı

272182

ABŞ Prezidenti Donald Tramp və xanımı BMT binasında yuxarıdakı zala qalxarkən eskalatorda nasazlıq yaranıb. Bundan başqa, onun tribunada çıxışı zamanı telesuflyor da işləməyib. Tramp zarafatla deyib:

“Bunlar Birləşmiş Millətlər Təşkilatından aldığım iki “hədiyyədir” - nasaz eskalator və pis telesuflyor”.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bununla bağlı fərqli bəyanatla çıxış edib.

Bizim.Media ABŞ mediasına istinadla xəbər verir ki, o, “X” sosial şəbəkəsində yazıb:
 

“Əgər BMT-də kimsə Prezident və birinci xanım addımlayarkən eskalatoru qəsdən dayandırıbsa, onu dərhal işdən çıxarmaq və insidenti araşdırmaq lazımdır”.


BMT-nin sözçüsü Stefane Dujarrik eskalatorun mərkəzi prosessorunun yuxarı hissəsindəki daraq pilləsində quraşdırılmış təhlükəsizlik mexanizmi işə salındıqdan sonra onun dayandığını bildirib. O, Trampın operatorunun birinci xanım Melaniya Trampla gəlişini çəkmək üçün eskalatorla geriyə doğru getdiyini və bu səbəbdən insidentin baş verdiyini bildirib. 

“Operator təsadüfən təhlükəsizlik funksiyasını işə salmış ola bilər. Təhlükəsizlik mexanizmi insanların və ya obyektlərin təsadüfən ilişməsinin qarşısını almaq üçün nəzərdə tutulub”, -deyə sözçü əlavə edib.

Telesuflyorla bağlı Tramp çərşənbə axşamı Baş Assambleyada deyib:

“Yalnız onu deyə bilərəm ki, bu telesuflyoru idarə edən hər kəs böyük bəladadır”.

Bununla belə, BMT rəsmisi bildirib ki, Ağ Ev öz telesuflyorui idarə edib. Tramp çıxışını bitirdikdən sonra BMT Baş Assambleyasının Prezidenti Annalena Berbok deyib: “BMT-nin telesuflyorları mükəmməl işləyir”. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO