Putin İqor Krasnovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT - FOTO

Putin İqor Krasnovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT - FOTO

Hazırda oxunan: Putin İqor Krasnovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT - FOTO

272173

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Quçanı Rusiya Federasiyasının Baş Prokuroru vəzifəsinə təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sənəd Rusiya rəsmi hüquqi məlumat portalında dərc olunub.

Fərmanda qeyd olunur ki, Aleksandr Quçan Rusiya Baş Prokuroru təyin edilir və əvvəlki vəzifəsindən azad olunur. Sənəd imzalandığı gündən, yəni 24 sentyabrdan qüvvəyə minir.

Aleksandr Quçan 2007–2018-ci illərdə Rusiya Baş Prokuroru Yuri Çaykanın müavini olub. 2018-ci ildən isə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi olub.
 

Eyni zamanda, Federasiya Şurası Prezident Vladimir Putinin təqdim etdiyi Aleksandr Quçanın Rusiya Baş Prokuroru vəzifəsinə namizədliyini təsdiqləyən qərar qəbul edib.


Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı İqor Krasnovu Rusiya Baş Prokuroru vəzifəsindən azad edərək onu Rusiya Ali Məhkəməsinin sədri təyin etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO