Bu ölkədə 70 yaşdan yuxarı sakinlər işləyir – DETALLAR

Bu ölkədə 70 yaşdan yuxarı sakinlər işləyir – DETALLAR

Hazırda oxunan: Bu ölkədə 70 yaşdan yuxarı sakinlər işləyir – DETALLAR

272150

Son 30 il ərzində Estoniya və Finlandiyada yaşlı əhalinin sayı artıb. Belə ki, 70 və yuxarı yaşda olan insanların nisbəti iki dəfə çoxalıb. Tədqiqatçılar bildirirlər ki, bu demoqrafik dəyişiklik fonunda həm əlavə gəlirə ehtiyac, həm də cəmiyyətə töhfə vermək istəyi ilə işləyən pensiyaçıların sayı da artıb.

Bizim.Media “err.ee” xəbər portalına istinadla xəbər verir ki, bu ilin avqustunda Finlandiyada yaşı 70-dən yuxarı olan insanların sayı bir milyonu ötüb.

Finlandiya Statistika İdarəsinin əməkdaşı Yoonas Toyvola bildirib ki, bu yaş qrupuna postmüharibə dövrünün sürətlə artan nəsli daxildir.

Estoniyada 70 və yuxarı yaşda olan 203 min insan var. Finlandiyada bu yaş qrupu əhalinin beşdəbirini təşkil etdiyi halda, Estoniyada həmin göstərici 15 faizdir.
 

Tallin Universitetinin demoqrafiya professoru Allan Puurun sözlərinə görə, bu rəqəmlər əhalinin qocalmasını, eləcə də Estoniya və Finlandiya arasındakı demoqrafik fərqləri açıq şəkildə əks etdirir.


Estoniya Statistika İdarəsinin məlumatına görə, keçən il 70-89 yaşlı hər on Estoniya sakinindən biri, ümumilikdə 18,300 nəfər işlə təmin olunub. Bu yaş qrupunun 14 faizini kişilər, 8 faizini qadınlar təşkil edir ki, həmin işçilərin yarıdan çoxu “part-time” rejimdə işləyir.
 

Məlumatlar onu da göstərir ki, ali təhsilli insanlar orta təhsillilərə nisbətən daha intensiv işləməyə davam edirlər. Tallin Universitetinin Sosial Elmlər İnstitutunun baş elmi işçisi Liyli Abuladze deyir ki, yaşlı insanların işləməyə davam etməsinin müxtəlif səbəbləri var.


O bildirib: “Estoniyada ən çox rast gəlinən səbəb maliyyə zərurətidir ki, bu da digər Avropa ölkələri ilə müqayisədə yaşlı insanlar arasında yoxsulluq riskinin yüksək olduğunu təsdiqləyir. Amma bu da bir həqiqətdir ki, bir çox insan işləməyi zəruri hesab edir və ya sadəcə olaraq bundan həzz alır. İnsanlar hiss edirlər ki, cəmiyyətə töhfə verə və lazım ola bilərlər. Bundan başqa, bəziləri üçün bu, cəmiyyətin bir hissəsi olaraq qalmaq və özünü ictimai proseslərin daxilində hiss etmək imkanıdır”.

Allan Puurun fikrincə, qocalmış əhali pensiya və səhiyyəyə dövlət xərclərini artırır, həmçinin yaşlı insanlar seçkilərdə daha çox siyasi nüfuza malikdirlər. Onun fikrincə, belə bir demoqrafik vəziyyət cəmiyyətin uzunmüddətli diqqətini istər-istəməz gənclərlə bağlı məsələlərdən (təhsil, ailə siyasəti) ahıl yaşda insanların ehtiyaclarına yönəldir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO