Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Hazırda oxunan: Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

272075

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT tribunasından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayıb.

Bizim.Media xəbər verir ki, Tokayev bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

Tokayev BMT Təhlükəsizlik Şurasında islahatla bağlı Azərbaycan prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyib:
 

“Asiya, Afrika və Latın Amerikasının böyük dövlətləri Təhlükəsizlik Şurasında rotasiya əsasında təmsil olunmalıdır”.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində BMT-də islahatların aparılmasının vacibliyini vurğulayıb və Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının önəmini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO