“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

Hazırda oxunan: “ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

272040

“Əgər Avropa ölkələri oxşar addımlar atarsa, ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

O, Avropanın Rusiyadan neft və qaz alışını tamamilə dayandırmalı olduğunu bir daha təkrarlayıb.

Tramp etiraf edib ki, Ukraynadakı münaqişəni həll etmək digər məsələlərə nisbətən daha asan olacaq deyə ümid edirdi. Vurğulayıb ki, onun hakimiyyəti dövründə bu müharibə ümumiyyətlə başlamazdı.
 

“Hamı düşünürdü ki, Rusiya bu müharibəni üç günə qazanacaq, amma belə olmadı,” – deyə ABŞ prezidenti bəyan edib.


Amerika lideri əlavə edib ki, bu münaqişədə Rusiya zəif görünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO