Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Hazırda oxunan: Bu ölkənin paytaxtı DƏYİŞİR

271953

İndoneziya hökuməti paytaxtın Cakartadan Nusantara şəhərinə köçürülməsi prosesini 2028-ci ilədək yekunlaşdırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, İndoneziyanın Prezident Administrasiyasının rəhbəri Məhəmməd Kodari bu barədə “Jakarta Globe” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, yalnız prezident sarayının deyil, eyni zamanda, qanunverici və məhkəmə hakimiyyətlərini təmsil edən institutların da yeni paytaxtda yerləşməsi vacibdir.

Məhəmməd Kodari, həmçinin bildirib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun göstərişinə əsasən, bütün zəruri inzibati binaların tikintisi 2028-ci ilədək yekunlaşdırılacaq.

Xatırladaq ki, 2014–2024-cü illərdə İndoneziya Prezidenti olan Coko Vidodo 2019-cu ildə paytaxtın Cakartadan Kalimantan adasında yerləşəcək yeni şəhərə - Nusantaraya köçürülməsi təşəbbüsü ilə çıxış edib. Layihənin ilkin dəyəri 32 milyard dollar ətrafında qiymətləndirilib. Lakin COVID-19 pandemiyası səbəbindən planın həyata keçirilməsi ləngiyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO