“Elə təqdim olunur ki, sanki indiyə qədər bu əməliyyat ölkəmizdə aparılmayıb...”

“Elə təqdim olunur ki, sanki indiyə qədər bu əməliyyat ölkəmizdə aparılmayıb...”

Hazırda oxunan: “Elə təqdim olunur ki, sanki indiyə qədər bu əməliyyat ölkəmizdə aparılmayıb...”

271932
Xəbər verdiyimiz kimi gözün buynuz qişasının transplantasiyası əməliyyatının həyata keçirilməsi üçün xaricdən donor gətirilməsinə icazə verilib. Ötən gün bildirildi ki, artıq 22 insanda bu cür əməliyyat həyata keçirilib və bildirilir ki, bu qadağanın aradan götürülməsiylə 3 mindən çox insan sağlamlığına qovuşacaq.xa0

Tanınmış oftalmoloq Paşa Qəlbinur Moderator.az-a açıqlamasında bildirdi ki, o, bu əməliyyatı artıq 37 ildir ki, həyata keçirir və sadəcə olaraq xaricdən donor gətirilməsinə icazə verilib:
“Gözün buynuz qişası əməliyyatını 1982-ci ildə Moskvadan qayıdandan sonra xəstələr üzərində edirəm. Artıq 37 ildir. Məndən də otuz il əvvəl Odessadan gələn məşhur göz həkimi Sona və Bilqeys xanım bu əməliyyatı edib. Biz bu əməliyyatı edərkən meyitdən təzə buynuz qişası götürüb xəstəyə köçürmüşük. İndi isə ölkəmizə gətirilən buynuz qişası konservə olunmuş donordur. Yəni xaricdən gətirilən buynuz qişası donorunun xaricdən ölkəmizə gətirilməsinə icazə veriblər. Amma bu elə təqdim olunur ki, sanki indiyə qədər bu əməliyyat ölkəmizdə olmayıb. Bir çox ölkələrdə isə təzə donordan əməliyyat edirlər. Mən özüm də köhnə donordan əməliyyat etməyi xoşlamıram”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO