Moskvaya PUA hücumu - Partlayış səsləri eşidildi

Moskvaya PUA hücumu - Partlayış səsləri eşidildi

Hazırda oxunan: Moskvaya PUA hücumu - Partlayış səsləri eşidildi

271857

Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərdə partlayış səsləri eşidilib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşımlar ediblər.

Moskva ətrafındakı Odintsovo rayonu, Naxabino, Ramenki, Zelenoqrad, eləcə də paytaxtın Konkovo, Kuzminki, Çertanovo və mərkəzi rayonlarının sakinləri azı 10 partlayışa bənzər səs eşitdiklərini bildirirlər.

Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri ölkənin paytaxtı üzərində pilotsuz uçuş aparatlarının (PUA) hücumunun qarşısını almağa çalışır.

Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir.

Hadisə ilə bağlı hələki rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO