KXDR-in yeni gizli silahları var.
Bizim.Media xəbər verir ki, bunu ölkənin başçısı Kim Çen İn bəyan edib.
Onun sözlərinə görə, bu silah ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək:
"KXDR yeni esmineslər inşa edir – bu, ölkəni “dəniz dövləti”nə çevirmək yolunda ilk addım kimi təqdim olunur. Karbon liflərindən hazırlanmış yeni güclü raket mühərriklərinin sınaqları tamamlanıb, onlar qitələrarası ballistik raketlərdə istifadə ediləcək".
Kim Çen İn istehsalın seriyalaşdırılmasını müzakirə etdiyini bildirib: "ABŞ ilə danışıqlar mümkün sayılsa da, Şimali Koreya denuklearizasiya tələbinin aradan qaldırılmasını şərt qoyur".
O, həmçinin vurğulayıb ki, Kursk vilayətindəki döyüşlərdə iştirakdan sonra gənclər arasında orduya yazılmaq üçün “kütləvi həvəs” yaranıb.
Kim bunu “xalqın inqilaba sadiqliyinin sübutu” kimi təqdim edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:49 / 22.09.2025
KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA
Hazırda oxunan: KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA
Hazırda oxunan: KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA
271766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.