Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Hazırda oxunan: Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

271571

Böyük Britaniya bazar günü, sentyabrın 21-də Fələstini dövlət kimi tanıyacaq.

Bizim.Media xəbər verir ki, bu barədə BBC və Sky News məlumat yayıb.

Qeyd olunub ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verəcək.

Böyük Britaniya ilə yanaşı, Fransa, Avstraliya və Kanada kimi ölkələrin də Fələstini tanıyacağı gözlənilir.

Xatırladaq ki, Kir Starmer iyul ayında Böyük Britaniyanın yalnız İsrail atəşkəsə razılaşdığı, iki dövlətli həll yoluna sadiqlik nümayiş etdirdiyi halda Fələstini tanıyacağını açıqlamışdı.

O zaman Baş nazir demişdi: "Həmişə demişəm ki, Fələstin dövlətini tanıyacağıq, amma bu addımı ikidövlətli həll üçün maksimal şərait olacağı anda atacağıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO