Ukrayna Prezidenti Volodimir Zelenski yeni yaradılan Hərbi Ombudsman Ofisinin təsis edilməsi ilə bağlı fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, yeni ofisin rəhbəri postuna Olqa Reşetilova təyin olunacaq.
Prezidentin sözlərinə görə, bu qurum müdafiə qüvvələrinin bütün üzvlərinin – fəaliyyətdə olan hərbçilərdən və ehtiyatda olanlardan tutmuş ərazi müdafiə qüvvələri və işğal olunmuş ərazilərdə müqavimət hərəkatının iştirakçılarınadək – hüquqlarının qorunmasına və onlara dair vətəndaş nəzarətinin təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, Olqa Reşetilova tanınmış Ukraynalı jurnalist və hüquq müdafiəçisidir. Hal-hazırda o, hərbçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə məşğul olur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:33 / 19.09.2025
Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO
Hazırda oxunan: Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO
Hazırda oxunan: Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO
271389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.