Rusiya Ukraynaya məlumat ötürən afrikalı casusu HƏBS ETDİ

Rusiya Ukraynaya məlumat ötürən afrikalı casusu HƏBS ETDİ

Hazırda oxunan: Rusiya Ukraynaya məlumat ötürən afrikalı casusu HƏBS ETDİ

270896

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın Həştərxan bölgəsində yerləşən hərbi obyektlər barədə Ukraynaya məlumat ötürən afrikalı casusu həbs edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS yayıb.

Mətbuat xidmətinin məlumatına görə, əcnəbi Telegram messencerində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə daimi əlaqə saxlayıb.

Onların tapşırığı ilə afrikalı Həştərxandakı hərbi obyektlər barədə məlumat toplayıb və Rusiya əleyhinə istifadə olunması üçün göndərib.

Həştərxan bölgəsi üzrə FTX-nin istintaq şöbəsi həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə cinayət işi açıb. Əcnəbiyə həbs qətimkan tədbiri seçilib.
 

FTX bildirib ki, xüsusi xidmət orqanları terror və diversiya törədənlərin axtarış fəaliyyətini azaltmırlar.


Bundan əvvəl FTC Başqırıstan sakini, 58 yaşlı qadını Ukrayna təşkilatına pul göndərməkdə şübhəli bilmişdi. Məlumata görə, qadın 2022-ci ilin dekabrından 2025-ci ilin fevralına qədər “Ukrayna Ruhani Mərkəzi ‘Vozrojdeniye’”yə 60 mindən çox rubl köçürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO