Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Hazırda oxunan: Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

270836

Türkiyə Meteorologiya Xidməti sabah ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Bizim.Media xəbər verir ki, 11 şəhərdə temperatur normadan xeyli yuxarı qalxacaq.

Məlumata görə, Manisa və Aydın şəhərlərində sabah havanın temperaturu 40 dərəcəyə yaxınlaşacaq.

Digər 9 şəhərdə də oxşar vəziyyət gözlənilir. Rəsmi qurum sakinləri günün ən isti saatlarında – saat 11:00-dan 16:00-a qədər açıq havada uzun müddət qalmaqdan çəkinməyə çağırıb.

Meteoroloqlar xəbərdarlıq edir ki, güclü istilər sağlamlıq üçün risk yarada bilər. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların diqqətli olması tövsiyə olunur. (yenisabah.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO