“Ukraynada tez bir zamanda sülhün əldə olunacağına dair nikbinlik üçün əsas görmürük. Çünki tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir”.
Bizim.Media xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş bildirib.
"Bizim mövqeyimiz çox aydındır. Bizə dərhal atəşkəs lazımdır — amma bu atəşkəs BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə əsaslanan bir həllə gətirib çıxarmalıdır", – deyə Quterreş vurğulayıb.
Onun sözlərinə görə, Kreml atəşkəs ideyasına ciddi şəkildə müqavimət göstərir, çünki qlobal razılaşma tələb olunduğunu bildirir:
"Hamımız bilirik ki, bu cür razılaşmaya nail olmaq nə qədər çətindir".
Bizim.Media