Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Hazırda oxunan: Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

270648

Sentyabrın 16-na keçən gecə Rusiya qoşunları Zaporojye şəhərinə raket zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Fövqəladə Hallar Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, hücum nəticəsində 1 nəfər həlak olub, ikisi uşaq olmaqla 13 nəfər yaralanıb.

“Xəsarət alan 4 və 17 yaşlı uşaqlar həkim nəzarətindədir. Təəssüf ki, 41 yaşlı bir kişi həyatını itirib”, – Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

Partlayışdan sonra təxminən 350 kvadratmetr sahədə üç yaşayış binasında yanğın başlayıb. Həmçinin dayanacaqda olan iki yük maşını və 600 kvadratmetr sahədə yerləşən xidmət stansiyası da alovlanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO