Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Hazırda oxunan: Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

270647

Rusiyalı senator Vladimir Cabarov Polşanın antirusiya kursunu davam etdirdiyi təqdirdə ölkənin yenidən bölünməsi ilə üzləşə biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, o, bunu özünün Telegram kanalında yazıb.

“Əgər Polşa dövlətçiliyinə qarşı bütün təhdidlərdə Şərqi günahlandıraraq “Şərqə baxmağa” davam edərsə, istisna deyil ki, tarixində dəfələrlə olduğu kimi, yenidən bölünmə yaşayacaq”, – deyə senator vurğulayıb.

Cabarov əlavə edib ki, Polşa Xarici İşlər Nazirliyinin NATO qüvvələri ilə Ukrayna üzərində uçuşsuz zona yaradılması barədə bəyanatı “çox mürəkkəb və təhlükəli məsələdir”.

Xatırladaq ki, 10 sentyabrda Polşa ərazisində təxminən 20 PUA-nın düşməsi qeydə alınıb. Polşa hakimiyyəti və NATO nümayəndələri bu insidentdə məsuliyyəti Rusiyanın üzərinə qoyublar.

Bundan başqa, Avropa diplomatik dairələri Polşada PUA-nın düşməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın ehtiyatlı reaksiyasından narahatlıq ifadə ediblər.

Qeyd edək ki, bundan əvvəl də Polşa hökumət binalarının üzərində PUA vurulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO