Minniхanov yenə Tatarıstan rəhbəri olacaq - Seçkilərdə qalib gəldi

Minniхanov yenə Tatarıstan rəhbəri olacaq - Seçkilərdə qalib gəldi

Hazırda oxunan: Minniхanov yenə Tatarıstan rəhbəri olacaq - Seçkilərdə qalib gəldi

270537

Tatarıstanın hazırkı rəhbəri, “Yedinaya Rossiya” partiyasının namizədi Rustam Minniхanov seçkilərdə 88,09% səs toplayaraq qalib gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) yayıb. 
 

100% protokolun işlənməsindən ikinci yerdə Hafiz Mirqəlimov (Rusiya Kommunist Partiyası – КПРФ) – 4,97%, üçüncü yerdə Ruslan Yusupov (LDPR) – 4,20%,dördüncü yerdə isə “Pensionerlər Partiyası”ndan Vitaliy Smirnov – 1,90% qərarlaşıb.


Tatarıstan MSK-sının “Telegram” kanalında qeyd olunub ki, ilkin məlumatlara görə, seçici fəallığı ümumi seçici sayının 77,01%-i təşkil edib.

Qeyd edək ki, region rəhbərinin seçkiləri 14 sentyabrda bir gün ərzində keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO