"Vaşinqton və Pekin Çin sosial şəbəkəsi TikTok-un ABŞ-da istifadəsi ilə bağlı sazişə yaxındır".
Bizim.Media Bloomberg nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib.
“Biz Çin nümayəndə heyəti ilə texniki detalların müzakirəsində çox yaxşı irəliləyiş əldə etmişik”, — deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi və Çinin Ticarət Nazirliyi məlumat vermişdilər ki, Bessentin rəhbərlik etdiyi amerikalı nümayəndə heyəti ilə Çin Dövlət Şurasının sədr müavini Xe Lifenin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyada ticarət və iqtisadiyyat sahəsində, o cümlədən TikTok məsələsi üzrə danışıqlar aparacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:30 / 15.09.2025
"TikTok"la bağlı danışıqlarda YENİLİK
Hazırda oxunan: "TikTok"la bağlı danışıqlarda YENİLİK
Hazırda oxunan: "TikTok"la bağlı danışıqlarda YENİLİK
270511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.