Rusiyada azərbaycanlı deputat SEÇİLDİ

Rusiyada azərbaycanlı deputat SEÇİLDİ

Hazırda oxunan: Rusiyada azərbaycanlı deputat SEÇİLDİ

270474

Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, Bəhruz Əli oğlu Hümbətov Udmurtiya Respublikasının İjevsk şəhərinin 25 saylı İttifaq seçki dairəsindən şəhər dumasına deputat seçilib.

Onun namizədliyi rayonda təxminən 56 faiz səs toplayıb.
 

Qeyd edək ki, Bəhruz Hümbətov 1978-ci il noyabrın 26-da Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndində anadan olub. Udmurtiya Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutunu bitirib.


Xatırladaq ki, dünən Rusiyada vahid seçkilər günü olub. Ölkənin 21 subyektinə rəhbər, dövlət hakimiyyətinin qanunvericilik orqanlarına və bələdiyyəyə deputatlar seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO