Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Amerika lideri Donald Trampı açıq və dürüst dialoqa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Silvanın "The New York Times" üçün yazdığı məqalədə deyilir.
"ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu məqaləni yazmağa qərar verdim. Onilliklər ərzində aparılan danışıqlarda əvvəlcə həmkarlar ittifaqı lideri, sonra isə prezident kimi mən bütün tərəfləri dinləməyi və bütün maraqları nəzərə almağı öyrəndim", - Braziliya lideri vurğulayıb.
Xüsusilə, o, Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətinin legitimliyini etiraf edib, lakin bildirib ki, Vaşinqtonun Braziliya da daxil olmaqla ayrı-ayrı ölkələrə tariflər tətbiq etməsi yanlış dərman resepti yazmağa bərabərdir.
"Çoxtərəflilik daha ədalətli və balanslı həllər təklif edir. Bu yay tariflərin artırılması nəinki yanlışdır, həm də məntiqsizdir. Bu tədbirlərin iqtisadi əsaslandırılmasının olmaması açıq şəkildə göstərir ki, Ağ Evin bu məsələdə siyasi motivi var".
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:54 / 14.09.2025
Braziliya prezidenti Trampı dialoqa çağırdı
Hazırda oxunan: Braziliya prezidenti Trampı dialoqa çağırdı
Hazırda oxunan: Braziliya prezidenti Trampı dialoqa çağırdı
270434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.