Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Hazırda oxunan: Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

270346

Almaniyanın polis və gömrük orqanlarının əməkdaşları Hamburq limanında 400 kiloqramdan çox kokain ələ keçiriblər.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat liman işçilərinin gəmidən avtomobilə idman çantaları yükləyən iki nəfərdən şübhələnərək təhlükəsizlik qüvvələrinə xəbər verməsindən sonra keçirilib.

Avtomobil saxlanılarkən şübhəli şəxslərdən biri qaçmağa cəhd göstərsə də, limanın müəyyən hissələri dərhal bağlanıb, əməliyyata polis helikopteri cəlb olunub. Nəticədə qısa müddət sonra həmin şəxs də saxlanılaraq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO