ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Hazırda oxunan: ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

270233

Ötən gün Ermənistan daxili işlər naziri Arpine Sərkisyan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Arpine Sarkisyan ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə həmçinin təşkil olunmuş cinayətkarlıq, kiber cinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, polis islahatlarına dəstək və kiber laboratoriyanın yaradılması müzakirə olunub.

Danışıqlar zamanı Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsipləri çərçivəsində "Tramp maşrutu" (Zəngəzur dəhlizi) layihəsi və əməkdaşlıqla bağlı digər məsələlər də diqqətdə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO