Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Hazırda oxunan: Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

270215

Pakistanın şimal-qərbində "Təhriki Talibani Pakistan" (Pakistan Talibanı Hərəkatı) qruplaşmasının silahlılarının qurduğu pusquda azı 12 pakistanlı təhlükəsizlik əməkdaşı ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yerli hökumət və təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

"Hərbi konvoya səhər saat 04:00 radələrində Yuxarı Cənubi Vəziristanın Fakir Saray bölgəsində hücum edilib. Naməlum şəxslər ağır silahlardan istifadə etməklə hər iki tərəfdən atəş açıb, nəticədə 12 təhlükəsizlik əməkdaşı həlak olub", - yerli hökumət rəsmisi bildirib.

Hadisə yerində olan təhlükəsizlik rəsmisi ölənlərin sayını təsdiqləyib və hücum edənlərin konvoyun silahlarını ələ keçirdiklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO