Rusiya avtomobil bazarında böhran davam edir. 2025-ci ilin əvvəlindən ölkədə avtosalonlar kütləvi şəkildə bağlanır.
Bizim.Media “gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
“Rolf”un baş direktoru Svetlana Vinoqradovanın sözlərinə görə, avtosalonların gəlirləri satış həcminin qeyri-kafi olması səbəbindən azalıb.
“Avtostat”ın məlumatına görə, bu ilin birinci rübündə 154 diler müqaviləsinə xitam verilib. Onların da əksəriyyəti Çin brendləri ilə olub.
İlin ikinci rübündə vəziyyət daha da pisləşib: daha 378 diler müqaviləsinə xitam verilib. Belə ki, ilin birinci yarısında “Li Auto”, “Bestune”, “Kaiyi”, “Dongfeng” və BAIC dilerləri bağlanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:46 / 11.09.2025
Rusiyada avtomobil alanların sayı xeyli azalıb - Salonlar bağlanır
Hazırda oxunan: Rusiyada avtomobil alanların sayı xeyli azalıb - Salonlar bağlanır
Hazırda oxunan: Rusiyada avtomobil alanların sayı xeyli azalıb - Salonlar bağlanır
269911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.