“Hər şeyi bloklayın” şüarı altında hökumətin siyasətinə qarşı keçirilən nümayişlər Fransada 200 minə yaxın insanı cəlb edib.
Bizim.Media xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, sentyabrın 10-da keçirilən etiraz aksiyaları günü bütün ölkə üzrə 675 nəfər, o cümlədən Parisdə 280 nəfər həbs edilib, 549 nəfər isə nəzarətə götürülüb.
Nəticədə 34 polis əməkdaşı - 19 milli polis, 14 Paris polis idarəsinin əməkdaşı və 1 jandarm yüngül xəsarət alıb.
Fransanın daxili işlər naziri Bruno Retayo sentyabrın 10-da axşam keçirdiyi mətbuat konfransında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə boyu müxtəlif obyektlərin, o cümlədən yol qovşaqlarının və anbarların “blokadasını açmaq” üçün 50-yə yaxın əməliyyat keçirməyə nail olublar. Onun fikrincə, hakimiyyət “ölkəni bloklamaq istəyənlərin uğursuzluğa düçar olmasına nail ola bilib”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:20 / 11.09.2025
Fransada iğtişaşlar: 675 nəfər tutuldu, 34 polis YARALANDI - VİDEO
Hazırda oxunan: Fransada iğtişaşlar: 675 nəfər tutuldu, 34 polis YARALANDI - VİDEO
Hazırda oxunan: Fransada iğtişaşlar: 675 nəfər tutuldu, 34 polis YARALANDI - VİDEO
269904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.